COP29

AFFA-dan 300 min manatı almaqda problem yarandı, nazirliyə müraciət etdilər

4 Noyabr 15:00 Araz-Naxçıvan 949
AFFA-dan 300 min manatı almaqda problem yarandı, nazirliyə müraciət etdilər

«Araz-Naxçıvan»da sənəd problemi ilə üzləşib.

Bu səbəbdən klubun AFFA-nın qrant layihəsində iştirakı yubanıb.

Muxtar Respublika təmsilçisi federasiya tərəfindən ayırlan aylıq 300 min manatı ala bilmək üçün Ədliyyə Nazirliyinə müraciət edib.

Məsələ ondadır ki, Premyer Liqanın digər klublarından fərqli olaraq, «Araz-Naxçıvan» İctimai Birlik formatında qeydiyyatdan keçib.

Elitanın o biri təmsilçiləri MMC kimi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində uçotdadırsa, «Araz» ictimai qurum statusu ilə Ədliyyə Nazirliyində qeydiyyata alınıb.

Mövcud tələblərə əsasən, istənilən ictimai birlik illik və ya yaxud öncədən müəyyənləşdirilmiş müddətdən sonra təkrar sənədləşmə üçün nazirliyinə məktub göndərməlidir.

Nazirlik də öz növbəsində Prezident Aparatının müvafiq şöbəsinə göndərməlidir.

Prosedur 25 iş günündən çox vaxt apardığından, «Araz» AFFA-nın aylıq yardım paketini qəbul etməkdə çətinlik yaşayır.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti