Azərbaycan yığması Millətlər Liqasının C liqasının 1-ci qrupu çərçivəsində noyabrın 16-da, saat 18:00-da Qəbələ şəhər stadionunda Estoniya, noyabrın 19-də Bakı vaxtı ilə saat 23:45-də “Strouberri Arena”da İsveç ilə qarşılaşacaq.
Dünən baş məşqçimiz Fernandu Santuş komandaya dəvət etdiyi futbolçuların adlarını açıqlayıb.
Portuqaliyalı mütəxəssisin sərəncamında görəcəyi oyunçulardan biri də
Mustafa Əhmədzadədir. "Araz-Naxçıvan"ın yayda sıralarına qatdığı gənc yarımmüdafiəçi bura İspaniyanın V Liqasında mübarizə aparan "Montanyesa"dən gəlib.
Futbol eksperti Emin Abbasov 21 yaşlı orta sahə oyunçusu ilə bağlı hələ bir neçə həftə öncə danışıb.
O, ATV kanalında yayımlanan "Futbolumuz" verlişində Mustafanın Premyer Liqada çıxış edən digər gənclərdən seçildiyini bildirib.
2003-cü il təvəllüdlü Əhmədzadə futbolda ilk addımlarını 9 yaşı olanda "İnter"in akademiyasında (indiki "Şamaxı") atıb. 2018-ci ildə ailəsiylə birlikdə İspaniyay köçüb. Barselona şəhərində məskunlaşıblar.
SPORTİNFO.AZ
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN