"Bəzən alınmır, bəzən…" - Gözləntisi var, gizlətmir

10:40 Araz-Naxçıvan 135
"Bəzən alınmır, bəzən…" - Gözləntisi var, gizlətmir

«Hec vaxt oyunumuzu turnir cədvəlinə və ya ən yaxın izləyicimizin xal itirib-itiməməsinə uyğun qurmamışıq».

Bu sözləri Sportinfo.az-a açıqlamasında «Araz-Naxçıvan»ın baş məşqçisi Elmar Baxşıyev deyib.

Premyer Liqada mövsümün başa çatmasına 4 tur qalıb. «Qarabağ» artıq çempionluğunu təmin edib.

«Zirə»nin ikinci pilləni tutacağına da artıq heç kim şübhə bəsləmir. İndi əsas mübarizə üçüncü yer uğrunda gedir.

Muxtar Respublika təmsilçisi 54 xalla irəlidədir. Dördüncü sıradakı «Turan Tovuz»u 5 xal qabaqlayırlar.

E.Baxşıyev avrokuboklara vəsiqə qazanmaq iddiasında olduqlarını bir daha xatırladıb:

«Hər oyun bizim üçün vacibdir. Meydana da ancaq qələbə qazanmaq üçün çıxırıq.

Bəzən oyununuz alınmır, bəzən yaratdığımız epizodları qola çevirə bilmirik. Bizi qarşıda 4 çətin və vacib oyun gözləyir.

Gözləntim komandama lazım olan nəticənin qazanılmasıdir».

Digər Xəbərlər
Xəbər Lenti
28 Aprel 11:20 Qurban Qurbanovun "11"i