Doğma elə qayıtmasalar, komandanın “qanını içəcəklər”

27 Aprel 16:05 Araz-Naxçıvan 382
Doğma elə qayıtmasalar, komandanın “qanını içəcəklər”

Nə qədər ki «Araz-Naxçıvan» Naxçıvana köçməyəcək, doğma el-oba qarşısında meydana çıxmayacaq, dəstəklənməyəcək, burada çalışan məşqçilərin işi yaxşı və yağ kimi getməyəcək.

Baş məşqçi amili həmişə ikinci planda olacaq.

Elmar Baxşıyev nahaq bunun səbəbini özündə axtarır. Hakimlərin ona görə «Araz»ın canına bit-birə kimi daraşmasını söyləməklə səhv edir.

Bu ədavətin kökündə o dayanmır. Heç əlaqəsi yoxdur.

«Araz-Naxçıvan» ayağını Bakıdan çəkməli, təmsil etdiyi regiona dönməlidir.

Muxtar Respublikanın rəhbərliyi təcili qayıdış planı hazırlamalı və onun icrasını sürətlənməlidir. Mərdəkanda keçən hər gün komandanın ziyan və zərərinədir.

Zaur Axındov son hadisələrə biganə qalmayıb. O, sadəcə, səbrli davranır və gözləyir.

Rəvan kimi iki-üç hakimə görə o boyda AFFA ilə «müharibə» etmək istəyir. Hər halda dəvədən böyük fil var, bilir ki, problem nədən qaynaqlanır.

Rəvandır, odur, budur, Elmar Baxşıyev onları boş verməli, önünə baxmalıdır.

Gül kimi heyət yığıb, iddialı komanda yaradıb, son 5 həftədə nəticələri yaxşılaşdırmağa çalışmalıdır.

Üçüncü pilləni əldən vermək olmaz, onda Rəvan və digərləri yaddan çıxacaq, onun yaxasından yarışacaqlar, bağışlamayacaqlar.

ELXAN

Digər Xəbərlər
Xəbər Lenti
27 Aprel 20:00 Çək və bizə göndər!