Braziliyalı onlardan ehtiyat edir: “Təhlükəlidirlər”

27 Aprel 14:00 Araz-Naxçıvan 183
Braziliyalı onlardan ehtiyat edir: “Təhlükəlidirlər”

Premyer Liqanın qızıl və gümüş medalçılarının adına böyük ölçüdə aydınlıq gəlib.

Möcüzə baş verməsə, “Qarabağ”la “Zirə” ötən il olduğu kimi, çempionatı ilk iki sırada başa vuracaq.

Üçüncü pillənin kimə nəsib olacağı da artıq müəyyənləşmək üzrədir. “Turan Tovuz” “Şamaxı” ilə bərabərə qaldığından, “Araz-Naxçıvan”ın səfər matçında “Səbail”i udması aradakı xal fərqinin 7-yə yüksəlməsinə səbəb olacaq ki, qarşıdakı 4 turda fərqi “əritmək” çətin olacaq.

“ASCO Arena”da gerçəkləşəcək matçdan öncə Sportinfo.az-a açıqlama verən “Araz”lı yarımmüdafiəçi Karlos Jatoba təəssüratlarını dilə gətirib:

“Biz hər nə qədər üçüncülük uğrunda mübarizə aparırıqsa, “Səbail”in də özünə görə hədəfi var. Ona görə də oyunun bizim üçün çətin keçəcəyi 100 faizdir. Üstəlik, alışmadığımız süni örtükdə oynayacağıq.

Son dərəcə diqqətli olmalıyıq. Çünki “Səbail”in əks-hücumları təhlükəli olur, gözləmədiyin anda təhlükə yaratmağı bacarırlar.

Məqsədimiz ikincilik uğrunda mübarizə aparmaq, ən pis halda üçüncü pillədki mövqeyimizi qorumaqdır. Bunun üçün qarşıdakı bütün oyunlara qələbə əzmi ilə çıxacağıq”.

Aprelin 27-də baş tutacaq görüşün start fiti saat 17:30-da çalınacaq.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
27 Aprel 20:00 Çək və bizə göndər!