
“Avrokuboklara vəsiqə qazanmaq üçün əlimizdən gələni edirik və edəcəyik”.
Bu sözləri Sportinfo.az-a açıqlamasında “Araz-Naxçıvan”ın kaöpitanı Vadim Abdullayev deyib.
Muxtar Respublika təmsilçisində ikinci mövsümünü keçirən yarımmüdafiəçi qitəmiqyaslı turnirlərdə oynamaq istədiyini gizlətməyib:
“Mövsümboyu zədələrimiz, itkilərimiz oldu. Ardıcıl oyunlarda qələbə qazana bilmədik.
Buna baxmayaraq, ruhdan düşmədik, mübarizə apardıq. Şükürlər olsun ki, xarakterimiz var.
Məhz bu amil bizə çox kömək edir. Dişimizlə, dırnağımızla lazım olan xalları qazanırıq.
“Araz-Naxçıvan” avrokuboklarda iştiraka haqqımızın çatdığını öz oyunu ilə sübut etməkdədir”.