“Qarabağ” bizə qol vursa…”

23 Aprel 16:40 Araz-Naxçıvan 162
“Qarabağ” bizə qol vursa…”

“Araz-Naxçıvan”ın 26 yaşlı müdafiəçisi Ömər Buludov Sportinfo.az-a müsahibə verib.

- Komandanız Premyer Liqanın 31-ci turunda “Turan Tovuz”la bərabərə qaldı. 1 xal işinizə yaradı?
- Hədəfimiz qələbə idi. Üçüncü yeri qorumaq, ikinci pillə ilə xal fərqinin artmaması üçün 3 xal istəyirdik ki, qarşıdakı oyunları rahat keçirək. Çünki ölkə kubokunda da mübarizə aparırıq. “Turan Tovuz” da bərk komandadır, qol vurmaq asan deyil. İstənilən halda heç-heçəni qənaətbəxş saymaq olar.

- Sanki uduzmaqdan ehtiyat edirdiniz.

- Məğlub olacağımız təqdirdə “Turan Tovuz”la xal fərqi 2-yə düşəcəkdi. Bu isə növbəti oyunlarda müəyyən gərginlik yarada bilərdi. Çünki qarşıda iddialı rəqiblərlə matçlarımız var. Qələbə qazanmağın çətin olduğunu görəndə, ən pis halda əlində olanı qorumağa çalışırsan.

- Bu cür ağır matçın ardınca beş gündən sonra ölkə kuboku çərçivəsində “Qarabağ”a qarşı mübarizə aparacaqsınız. Güc olacaq?

- İnşallah, yaxşı bərpa keçərik. Elə mərhələdəyik ki, istər-istəməz sıx qrafikə öyrəşməliyik. Tək biz deyilik, digər komandalar da belə oynayır. İlk oyunun nəticəsinə görə bir top öndəyik. Bu üstünlükdən istifadə etməyə çalışacağıq.

- Həmin qarşılaşmanın gedişatını necə təsəvvür edirsən? Əlavə 30 dəqiqə və ya penalti seriyası yaşana bilər, yoxsa 90 dəqiqədə həll olunacağını düşünürsən?

- H ər şey oyunun tempindən və gedişatından asılıdır. Ola bilər ,hesabı biz açaq, yaxud “Qarabağ” qol vurar. Belədə vəziyyət dəyişər. Bizim istəyimiz cütün taleyini 90 dəqiqədə həll etməkdir. Necə olacağını oyun göstərəcək.

- Ağır zədədən sonra özünü necə hiss edirsən?

- Uzun müddət məşq və oyunlardan kənarda qalmaq asan deyil. Şükür Allaha, son oyunlarda meydana çıxıram, formamı bərpa edirəm. Hələ 100 faiz hazır olmasam da, buna doğru gedirəm. “Araz-Naxçıvan”a fayda vermək üçün əlimdən gələni edirəm və edəcəm.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 20:30 Çək və bizə göndər!
23 Aprel 11:00 İstiqaməti düz seçin!
23 Aprel 08:20 Barbara, Fatimə, Ayan...
23 Aprel 01:10 AFFA cəzanı yumşaltdı