
Millinin müdafiəçisi Bəxtiyar Həsənəlizadəyə həkimlər tərəfindən xəbərdarlıq olunub.
İki aydan artıq zədədən əziyyət çəkən və yalnız bugünlərdə məşqlərə başlayan arxa xətt oyunçusu hələ bir müddət də yaşıl meydanlardan uzaq qalacaq.
Ayağının daban nahiyyəsindən xəsarət almış yığmanın üzvü son vaxtlar bir neçə dəfə müayinə olunub. O, bunun üçün «Qarabağ»ın tibbi personalına da müraciət edib.
Ağdam klubunun həkimləri Bəxtiyara gözləməyi məsləhət görüb. Ona bildirilib ki, ağrılar tam çəkilməmiş forma geyinmək istəyərsə, uzun müddət futbol üzünə həsrət qalacaq.
Həsənəlizadə bu mövsümdən «Araz-Naxçıvan»ın şərəfini qoruyur. Ötən ilin yayında «Tuzlaspor»dan bura gələn «Sumqayıt»ın yetirməsi 1 illik müqaviləyə imza atıb.
SPORTİNFO.AZ