
Azərbaycan kubokunun 1/2 final mərhələsinin cavab oyununda "Qarabağ"la qarşılaşacaq "Araz-Naxçıvan" hazırlığını davam etdirir.
Sportinfo.az xəbər verir ki, məşqə zədəsini müalicə etdirən futbolçulardan Bəxtiyar Həsənalızadə və Miço Kuzmanoviç də qoşulub.
Bu futbolçuların aprelin 23-də keçiriləcək oyunda iştirakı matç günü məlum olacaq.
"Qarabağ" - "Araz-Naxçıvan" oyunu aprelin 23-də, saat 17:00-da, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
Bu komandaların ilk görüşündə "Araz-Naxçıvan" 1:0 hesablı qələbə qazanıb.