“Bizə dəstək var, maaş və mükafatla bağlı problem yoxdur” – Bəyan etdi

20:40 Araz-Naxçıvan 105
“Bizə dəstək var, maaş və mükafatla bağlı problem yoxdur” – Bəyan etdi

“Araz-Naxçıvan”ın mövsümü medalla başa vuracağı kimin ağlına gələrdi?

“Qarabağ”, “Zirə”, “Neftçi”, “Sabah” kimi iddialı və imkanlı klublar olan çempionatda naxçıvanlıların mükafatçı yer tutaraq avrokuboklara vəsiqə qazanması inandırıcı görünmürdü.

Lakin komanda buna çox yaxındır. Son 5 oyunda fiasko yaşanmasa, “Araz” mövsümü üçüncü sırada başa vurub, bürünc medallara sahib olacaq.

“Qırmızı-ağlar”ın təcrübəli futbolçularından olan Vadim Abdullayev Sportinfo.az-a açıqlamasında uğurun sirri barədə bunları deyib:

“Hələ heç nəyə nail olmamışıq. Qarşıda bizi çətin oyunlar gözləyir. Ona görə də böyük danışmaq istəmirəm.

Əgər bu günə qədər üçüncü yerdə olmağımızın səbəbini soruşursunuzsa, ən vacib amil birlik nümayiş etdirməyimizdir.

Klubda və komandada hamı əziyyət çəkir, meydana ayaq basan futbolçular can qoyur. Çalışırıq ki, məşqçilər heyətinin verdiyi tapşırıqları artıqlaması ilə yerinə yetirək.

Əsas məsələlərdən biri klub rəhbərliyindən lazımi dəstək görməyimizdir. Maliyyə ilə bağlı nə söz verilibsə, bu günə qədər tam yerinə yetirilib.

Maaş və mükafatla bağlı problemimiz yoxdur və olmayıb da.

Klubun rəhbəri hər oyundan əvvəl paltardəyişmə otağına gəlib, dəstək nümayiş etdirir, motivasiya verir. Ona görə də hamı bir nəfər kimi hədəfin arxasınca gedir”.

31 turdan sonra aktivində 53 xal olan “Araz-Naxçıvan” dördüncü pillədəki “Turan Tovuz”u 5 xal qabaqlayır.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti