
Premyer Liqada 31-ci tur start götürüb.
Sportinfo.az xəbər verir ki, ilk günə 1 oyun nəzərdə tutulub.
"Araz-Naxçıvan" "Turan Tovuz"u qəbul edib. Görüş 1:1 hesablı heç-heçə ilə başa çatıb.
Beləliklə, turnir cədvəlində Naxçıvan klubu 53 xalla 3-cü, Tovuz təmsilçisi isə 48 xalla 4-cüdür.
Bu komandalar arasında əvvəlki 3 dövrənin matçlarında 2 dəfə "Araz-Naxçıvan" (2:1, 1:0), 1 dəfə isə "Turan Tovuz" qələbə (1:0) qazanıb.
“Araz-Naxçıvan” – “Turan Tovuz” 1:1
Qollar: İssuf Paro, 53 // Faiq Hacıyev, 34
Mərdəkan. “Liv Bona Dea Arena”, 500 tamaşaçı
Baş hakim: Əliyar Ağayev
Baş hakimin köməkçiləri: Zeynal Zeynalov, Akif Əmirəli
Dördüncü hakim: Kamran Əliyev
VAR: Tural Qurbanov
AVAR: Asiman Əzizli
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Azər Əsgərov
Sarı vərəqələr: Vanderson Melo, 67; 78 (qeyri-idman hərəkəti) // Faiq Hacıyev, 43 (qeyriidman hərəkəti); Rəhim Sadıxov, 90+4 (qeyri-idman hərəkəti)
Qırmızı vərəqə: Vanderson Melo, 78
Rəsmi şəxsə göstərilən sarı vərəqə: Yevgeni Şetin ( “Turan Tovuz” ), 90+2 (hakimin qərarına etiraz)
Artırılan vaxt: I hissədə 2 dəq; II hissədə 5 dəq.
“Araz-Naxçıvan”
12. Kristian Avram
5. Qara Qarayev
34. Urfan Abbasov (k)
7. Ülvi İsgəndərov
(6. Vadim Abdullayev, 80)
26. Ömər Buludov
16. Ramon Maçado
29. Vanderson Melo
17. İssuf Paro
8. Karlos Jatoba
(10. Bernardo Dias, 46)
4. İqor Ribeyro
97. Felipe Santos
(23. Nuno Rodriqes, 80)
Ehtiyat oyunçular:
94. Tərlan Əhmədli
2. Slavik Alxasov
22. Elçin Mustafayev
20. Turan Vəlizadə
11. Bayraməli Qurbanov
71. Sənan Ağalarov
57. Elcan Məmmədov
Baş məşqçi: Elmar Baxşıyev
“Turan Tovuz”
41. Sergey Samok
17. Rəhim Sadıxov
88. Faiq Hacıyev
11. Ayxan Hüseynov
7. İsmayıl Zülfüqarlı
9. Kristian da Silva
23. Alexandro Serrano
15. Emmanuel Hakman (k)
32. Hayderson Hurtado
40. Kauan Martins
21. Aleks Souza
(19. Orxan Əliyev, 73)
Ehtiyat oyunçular:
1. İvan Konovalov
71. Mehman Hacıyev
39. Sadiq Quliyev
33. Eltun Turabov
10. Xəyal Nəcəfov
8. Tural Bayramlı
13. Fərid Yusifli
77. Veysəl Rzayev
30. Mircamal Əlizadə
6. Araş Qaderi
29. Anton Kraçkovski
Məşqçi: Yunis Hüseyno