“İstər “Qarabağ” olsun, istərsə də...”

18 Aprel 17:40 Araz-Naxçıvan 189
“İstər “Qarabağ” olsun, istərsə də...”

“Bu matçın yekun nəticəsi hər iki komanda üçün vacibdir.

Məsələ var, deyirlər, 6 xallıq oyun. Amma bu, 6 yox, 9 xallıq oyundur”.

“Araz-Naxçıvan”ın kapitanı Vadim Abdullayev Sportinfo.az-a açıqlamasında “Turan Tovuz”la qarşıdakı görüşü şərh edib.

Ötən həftə “Turan Tovuz”un “Sabah”ı məğlub etməsi fonunda Naxçıvan təmsilçisinin “Kəpəz”lə bərabərə qalması iki komanda arasındakı xal fərqinin 5-ə enməsinə səbəb oldu.

Bu, o deməkdir ki, qərb təmsilçisi cümə günü Bakıda növbəti qələbəsini qazana bilsə, fərq 2-yə düşəcək və üçüncülük uğrunda mübarizə qızışacaq.

Yox, əksi yaşansa, “Turan Tovuz” medallardan əlini üzmək məücburiyyətində qalacaq.

Vadim qarşılaşmaya proqnoz verməkdən çəkinsə də, inamlı danışıb:

“Hər iki komanda üçün çətin olacaq. Onsuz da, çempionat gərgin keçir.

Sona yaxın gərginlik bir az da artıb. Xallar arasında uçurum fərqi yoxdur deyə, 1-2 tura vəziyyət dəyişə bilir.

Ona görə də kimin kimi məğlub edəcəyini təxmin etmək çətindir. Bu matçın nəticəsi çox şeyi həll edəcək.

Məğlub olmaq ehtimalı? Nəinki “Turan Tovuz”la oyundan, ümumiyyətlə, heç bir rəqiblə görüşdən əvvəl uduzmağı göz önünə gətirmirəm.

Qarşımızda istər “Qarabağ” olsun, istərsə də başqası, məğlubiyyəti heç vaxt ağlımdan keçirmirəm. Meydana qələbə qazanmaq üçün çıxacağıq. Necə olacağını yekunda görəcəyik”.

Aprelin 18-də “Liv Bona Dea Arena”da baş tutacaq duelin start fiti saat 19:00-da çalınacaq.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
18 Aprel 21:30 "Risk etmək istəmədik"