
“Araz-Naxçıvan”ın legioneri Felipe Santos ölkəsi Braziliya mətbuatına açıqlama verib.
Sportinfo.az xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi cari mövsümdəki performansını dəyərləndirib.
Cari mövsüm Premyer Liqada aktivinə 9 qol yazdıran “sambaçı” yayda ayrılma ehtimalını təkzib etməyib:
“Ümid edirəm ki, növbəti mövsüm daha gözəl olacaq. Burada qalıb-qalmayacağımı bilmirəm.
Amma son günümə qədər əlimdən gələni edəcəyəm. Mənim və ailəmin gələcəyi üçün ən yaxşısını axtarıram.
Hər kəs mənim bacarığımı bilir. Ona görə də yay “transfer pəncərəsi”ndə mənim üçün yaxşı şeylərin baş verməsini gözləyirəm”.