Premyer Liqa komandası iki bahalı oyunçusundan gələn xəbərlə ŞOK YAŞADI!

16 Aprel 14:00 Araz-Naxçıvan 1 434
Premyer Liqa komandası iki bahalı oyunçusundan gələn xəbərlə ŞOK YAŞADI!

«Araz-Naxçıvan» mövsmün sonunadək iki aparıcı futbolçusunun xidmətindən məhrum ola bilər.

İki həftədən çoxdur sıradan çıxmış Miço Kuzmanoviç və Əyyub Allaşın zədəsi təxmin olunandan da ciddi imiş.

Hər halda son müayinənin nəticəsi baş məşqçi Elmar Baxşıyevi məyus edib.

Belə ki, bosniyalı və mərakeşli legionerlərin dizindən aldığı xəsarətin bərpasının iyuna qədər çəkəcəyi barədə həkimlər xəbərdarlıq eləyib.

Tibbi işçilərinin gəldiyi qənaətə görə, hər iki əcnəbi həmin tarixdən tez meydana dönərsə, bu, gələcək karyeralarını sual altına alacaq.

Kuzmanoviç və Allaş Muxtar Respublika təmsilçisinin ən ödənişli simaları sırasına daxildir.

Balkanlı vinger ayda 14000 dollar maaş alırsa, bu ilin yanvarında «Şerif»dən gəlmiş ərəb yarımmüdafiəçinin məvacibi ondan 1000 dollar artıqdır.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
18 Aprel 21:30 "Risk etmək istəmədik"
18 Aprel 19:30 Çək və bizə göndər!