“Bu, mənə lazımdır” – Karyerasının ən böyük uğurunu ölkəmizdə qazanmaq istəyir

16 Aprel 19:00 Araz-Naxçıvan 334
“Bu, mənə lazımdır” – Karyerasının ən böyük uğurunu ölkəmizdə qazanmaq istəyir

Ölkəmizdə top qovan bir çox legionerlər kimi Benni də karyerası ərzində titul qazanmayıb.

“Araz-Naxçıvan”ın portuqaliyalısı vətənində Primera ilə yanaşı Sequndada top qovub, Kiprin yüksək liqasında mübarizə aparıb. Lakin bir dəfə də olsun kubok, yaxud medal sevinci yaşamayıb.

Naxçıvanlıların “10 nömrə”si indi bu arzu ilə alışıb-yanır. 28 yaşında futbol mükafatı ilə təltif olunmasının xoşbəxtliyini dadmaq istəyir.

Benni Sportinfo.az-a açıqlamasında hədəfini açıq deyib:

“Qarşımızda çox çətin rəqib var – “Qarabağ”. İlk oyunda qalib gəlsək də, cavab qarşılaşması çox-çox çətin olacaq.

Finala vəsiqə qazanmaqda iddialıyıq. Bu, ən çox mənə lazımdır.

Karyeramda indiyə qədər final sevinci yaşamamışam, kubok qazanmamışam. Bu, ilk böyük uğurum ola bilər.

Hədəflər yüksək olanda və insan bunun üçün çox çalışanda, arzu bir gün həyata keçir. Sona qədər mübarizə aparacağıq”.

“Qarabağ”la “Araz-Naxçıvan” arasındakı cavab görüşü aprelin 23-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
17 Aprel 20:20 Mahir niyə AĞLAYIB?