“Bizi düşündürən "Turan" deyil, özümüzük, onlara görə xoşbəxtlik axtarmaq istəmirik”

13 Aprel 19:40 Araz-Naxçıvan 420
“Bizi düşündürən "Turan" deyil, özümüzük, onlara görə xoşbəxtlik axtarmaq istəmirik”

"Araz-Naxçıvan" Premyer Liqanın 30-cu turu çərçivəsində səfərdə "Kəpəz"lə 0:0 hesablı heç-heçə edib.

Sportinfo.az xəbər verir ki, Muxtar Respublika təmsilçisinin baş məşqçisi Elmar Baxşıyev matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Ağır oyun alındı. Belə olacağını təxmin edirdik. Sıx qrafikdəyik. İkinci hissədə oyunun tepmini qaldırdıq, epizodlar yaratdıq. Uda da bilərdik, uduza da. Gələn oyuna hazırlaşacağıq.

- Müdafiədə boşluqlar çox idi. Bunun səbəbi nədir?

- Sırf müdafiəçilərlə bağlı deyil. Heyətimizdə çoxlu zədəli futbolçu var. Buna görə rotasiyalara getməyə məcburuq. İlk yarıda oyunumuz alınmadı. İkinci hissədə daha yaxşı oynadıq.

- Qarşıda "Turan Tovuz" və "Qarabağ"la oyunlar var. Komandada gərginlik var?

- Futbol stressli idman növüdür. Gərginliyin olmağı normaldır. Bizi nəyin gözlədiyini bilirik. Gərək iddiasız olsan ki, belə qrafikə girməyəsən. Komanda hər iki cəbhədə öz iddiasını göstərəcək.

- Turnir cədvəlində üçüncü yeri itirmək təhlükəsini hiss etmirsiz?

- Bizi düşündürən "Turan Tovuz" deyil, özümüzük. Başqa komandanın nəticəsinə görə xoşbəxtlik axtarmaq istəmirik. Hər şey özümüzdən asılıdır.

- "Kəpəz" ən çox qol buraxan komandadır. Onlara qol vura bilməməyinizin səbəbi nədir?

- Mən o fikirdə deyiləm. "Kəpəz" qış fasiləsindən sonra iddialı klomandalardan xal alıb. Çempionatımızda zəif komanda anlayışı yoxdur.

Digər Xəbərlər
Xəbər Lenti
14 Aprel 17:20 Oralarda bir Emil var...