
Gümüş medallara və avrokuboklara vəsiqəyə iddia edən “Araz-Naxçıvan”da ürək döyüntüləri sürətlənib.
Zədəlilərin çoxluğu baş məşqçi Elmar Baxşıyevin planlarına əməlli-başlı təsir etməkdədir.
Son oyunlarda 4-5 futbolçu zədə səbəbindən komandaya kömək edə bilməyib. Və bu hal hələ də davam etməkdədir.
Bəla bunun bitsəydi, dərd yarı.
Hazırda “Araz”ın 8 futbolçusu cəza sərhədindədir. Bunlar Kristian Avram, Bəxtiyar Həsənalızadə, Ürfan Abbasov, Qara Qarayev, Vadim Abdullayev, Ülvi İsgəndərov, Felipe Santos və Ramon Maçadodur.
Naxçıvan təmsilçisini növbəti həftələrdə hədəfə çatmaq yolunda vacib oyunların gözlədiyini nəzərə alsaq, adları çəkilənlərin daha bir “sarı” alması növbəti görüşü kənardan izləməsi ilə nəticələnəcək.
“Araz-Naxçıvan” Premyer Liqanın 30-cu turunda Tovuzda “Kəpəz”in qonağı olacaq.
Aprelin 13-də keçiriləcək qarşılaşma saat 17:00-da başlayacaq.
HƏBİB / SPORTİNFO.AZ