“Azərbaycan çempionatı elədir ki...” - Braziliyadan gələn

12 Aprel 19:40 Araz-Naxçıvan 348
“Azərbaycan çempionatı elədir ki...” - Braziliyadan gələn

“Zirə” çox yaxşı heyətə malik komandadır. Əzmkar və sürətli futbol sərgiləyirlər”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Araz-Naxçıvan”ın hücumçusu Ramon Maçado deyib.

Ötən həftə “Zirə”nin “Qarabağ”a uduzması, Muxtar Respublika təmsilçisinin “Sumqayıt” üzərində qələbə qazanması fonunda turnir cədvəlində xal fərqi 4-ə endi.

Onların Premyer Liqada mövsümü gümüş medallarla başa vurmaq real görünür?

Brazliyalı forvardı dinləyək:

“Bu çempionat elədir ki, bütün komandalar bir-birini məğlub edə bilir. “Zirə” növbəti turda “Neftçi”nin qonağı olacaq, biz isə “Kəpəz”lə oyun üçün Tovuza gedəcəyik.

“Zirə” xal itirsə, biz isə qalib gələ bilsək, fərq bir az da azalacaq. Özümüzdən asılıdır.

Ona görə də bizi rəqiblərin xalları yox, öz oyunumuz maraqlandırmalıdır”.

Digər Xəbərlər
Xəbər Lenti
12 Aprel 18:10 Çək və bizə göndər!
12 Aprel 08:50 O. bu liqaya göndərildi
12 Aprel 03:30 "Mən həyəcanlanıram"