"Komanda ortaya yaxşı iş qoydu" - Elmar Baxşıyev

7 Aprel 20:50 Araz-Naxçıvan 177
"Komanda ortaya yaxşı iş qoydu" - Elmar Baxşıyev

"Araz-Naxçıvan" Azərbaycan Premyer Liqasının 29-cu turu çərçivəsində öz meydanında "Sumqayıt"ı 2:0 hesabı ilə məğlub edib.

Sportinfo.az xəbər verir ki, Muxtar Respublika təmsilçisinin baş məşqçisi Elmar Baxşıyev matçdan sonra keçirilən mətbuat konfransında açıqlama verib:

"Ağır oyun alındı. Sıx qrafikdə oynayırıq. Bu gün komanda meydanda yaxşı iş ortaya qoydu. Futbolçularımı təbrik edirəm. Qarşıdakı matçlara hazırlaşacağıq. Mövsümün sonudur. Önümüzdəki görüşlərə yaxşı köklənsək, bizim üçün daha faydalı olacaq".

Digər Xəbərlər
Xəbər Lenti
7 Aprel 08:20 “Uduzmaq istəmirdik"