"Araz-Naxçıvan": 3 yerli, 1 əcnəbi "Sumqayıt"la oyuna çıxmayacaq

13:40 Araz-Naxçıvan 162
"Araz-Naxçıvan": 3 yerli, 1 əcnəbi "Sumqayıt"la oyuna çıxmayacaq

"Araz-Naxçıvan"ın dörd futbolçusu bu gün "Sumqayıt"a qarşı keçiriləcək Premyer Liqanın XXIX turunun oyununda meydana çıxmayacaq.

Sportinfo.az xəbər verir ki, Miço Kuzmanoviç, Bəxtiyar Həsənalızadə, Mustafa Əhmədzadə və Əyyub Allaş zədə səbəbindən matçı buraxacaqlar.

Sezar Meza Kolli və İssuf Paro ilə bağlı isə baş məşqçi Elmar Baxşıyev qərar verəcək.

"Qarabağ"a 1:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Kubokunun yarımfinal mərhələsinin ilk oyununda xəsarət alan Paronun zədəsinin ciddi olmadığı bəlli olub. Oyunçunun əzələsində gərginlik aşkarlanıb.

"Araz-Naxçıvan" - "Sumqayıt" qarşılaşması bu gün, saat 18:00-da start götürəcək.

Digər Xəbərlər
Xəbər Lenti