Xoş sonluğa gedən yolda son İKİ ADDIM

16:40 Araz-Naxçıvan 158
Xoş sonluğa gedən yolda son İKİ ADDIM

Deyəsən, "Araz Naxçıvan" qış fasiləsindən sonra fikrini ölkə kubokuna yönəldib.

Premyer Liqada bu il keçirdiyi 10 matçda bir qələbə qazanan kollektivin kubok mübarizəsində "Zirə" və "Qarabağ" kimi iddialı rəqiblərlə görüşdə qələbələri sıralamasına nə ad verəsən?

Özü də quru hesablarla.

"Qartallar"ı ümumi hesabda 3:0 (1:0, 2:0) məğlub edən Elmar Baxşıyevin yetirmələri bu dəfə Ağdam təmsilçisinə şans tanımadı - 1:0.

Şans da naxçıvanlıların yanındadır. Hər halda, 4 qolun hamısının penaldan vurulması xoşbəxtlik rəmzi sayıla bilər.

Baxşıyevin növbəti kubok mükafatının carçısı da deyə bilərik.

Kubok yolu baş məşqçi kimi, klub rəhbəri Zaur Axundovun da funksioner karyerasında xoş izlərlə xatırlanır. Biri "Keşlə" (indiki "Şamaxı"), digəri "Qəbələ" ilə bu sevinci yaşayıb. Növbəti cəhd xoş sonluğa çatacaqmı?

Sadəcə iki addım.

Öncə "Qarabağ"la cavab görüşü, davamında final matçı.

Məsafə qısa, şərtlər ağırdır. Xüsusilə "Qarabağ" kimi güclü rəqiblə qarşıda qalan növbəti 90 dəqiqə amansız mübarizə vəd edir.

Bizə isə gözləmək qalır.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti