"Biz oynayaq, "Neftçi" baxsın? - Elmar Baxşıyev

29 Mart 19:45 Araz-Naxçıvan 496
"Biz oynayaq, "Neftçi" baxsın? - Elmar Baxşıyev

“Gərgin oyuna şahidlik etdik. Hər iki komanda meydanda yaxşı mübarizə apardı. Komanda şəklində futbolçularım meydanda yaxşı iş gördülər. Uda da bilərdik, uduzmaq təhlükəsi də var idi. Bir xal da bu oyun üçün önəmli idi. Komandama təşəkkür edirəm. Qarşıdakı matçlara hazırlaşacağıq.

"Araz-Naxçıvan" Azərbaycan Premyer Liqasının 28-ci turunda səfərdə "Neftçi" ilə 1:1 hesablı heç-heçə edib.

Sportinfo.az xəbər verir ki, Muxtar Respublika təmsilçisinin baş məşqçisi Elmar Baxşıyev matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- "Araz-Naxçıvan” sanki meydana bir xal üçün çıxmışdı...

- Biz fərqli görürürk. “Neftçi” yaxş təşkilatlanmış komandadır. Nə gözləyirsiz? Biz oynayaq, “Neftçi” baxsın? Onlar planlı şəkildə bizə təzyiq göstərdilər. Hər iki komanda ehtiyat edirdi.

- "Qarabağ"la kubok oyununu düşünürdüz?

- Bizim bu gün qənaətli şəkildə oynadığımızı düşünürsüzə... Biz "Neftçi" ilə matça da maksimum nəticə üçün çıxmışdıq. Başa düşürük ki, üç gündən bir oynayırıq. Heyətdə 4-5 futbolçunun olmaması da sıxıntı yaradır. Qış fasiləsindən sonra zədəli futbolçuların sayı çoxdur. O da nə ilə bağlıdır, biz bilirik. Bizə aid olan məsələdir. Komandam bərkdir, kubokda və çempionatda iddiasını ortaya qoyacaq.

Digər Xəbərlər
Xəbər Lenti
31 Mart 23:45 3 qol - VİDEO
31 Mart 11:30 DƏVƏT - Buradasız?