“Neftçi” ilə heç-heçə? Xeyr, meydana qələbə üçün çıxacağıq”

26 Mart 22:55 Araz-Naxçıvan 1 566
“Neftçi” ilə heç-heçə? Xeyr, meydana qələbə üçün çıxacağıq”

Qış fasiləsindən sonra inamlı görünən “Neftçi” növbəti sınaq qarşısındadır.

Samir Abasovun rəhbərlik etdiyi kollektiv cari mövsümdə məğlub edə bilmədiyi “Araz-Naxçıvan”ı qəbul edəcək.

“Ağ-qaralar”ın “Neftçi Arena”da oynaması, rəqibin Premyer Liqada yeddi oyundur qələbə qazana bilməməsi, üstəgəl, Naxçıvan təmsilçisinin heyətindəki itkilər bakılıların hədəfə çatacağından xəbər verir.

Lakin “Araz-Naxçıvan”dakılar belə düşünmür. Komandanın portuqaliyalı yarımmüdafiəçi Nuno Rodriges Sportinfo.az-a açıqlamasında qələbə hədəfini gizlətməyib:

“Maraqlı və çətin oyun olacaq. Hər iki komandanın qələbəyə ehtiyacı var.

“Neftçi” son matçlarda xoş təsir bağışlayır. Lakin biz də qələbəsizlik seriyasına son qoymaq istəyirik.

Heç-heçə? Xeyr, meydana qələbə üçün çıxacağıq. Bunun üçün hər şey edəcəyik.

İtkilərimiz olsa da, komanda ruhu sərgiləməklə istəyimizə çata bilərik. Boşluqları doldura biləcək futbolçularımız var”.

Martın 29-da keçiriləcək qarşılaşmanın start fiti saat 16:45-də çalınacaq.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti