
Premyer Liqada medallar uğrunda mübarizə aparan “Araz-Naxçıvan” yeni müqavilə bağlayıb.
Muxtar Respublika təmsilçisi İqor Ribeironun sözləşməsini uzadıb.
2023-cü ilin yayından ölkəmizdə çıxış edən braziliyalı legioner 2026-cı ilin yayınadək ağ-qırmızı formanı geyinəcək.
“Araz-Naxçıvan” mərkəz müdafiəçisinin maaşını da artırıb. Bu da boşuna deyil. Cənubi amerikalıya son vaxtlar bir sıra təkliflər gəlib.
Onun sonuncu klubu Paraqvay “Takuari”si olub. 28 yaşlı “sambaçı“ buna qədər vətənində “Qama”, “Bandeirante” və “Ceilandia”nın heyətində tər töküb.
SPORTİNFO.AZ