“Neftçi”ni gözləyən komandadan nə XƏBƏR VAR?

08:50 Araz-Naxçıvan 480
“Neftçi”ni gözləyən komandadan nə XƏBƏR VAR?

Millinin oyunları ilə əlaqədar Premyer Liqada yaranmış fasilədən istifadə edən “Araz-Naxçıvan” məşqlərini davam etdirir.

Sportinfo.az xəbər verir ki, komanda bu gün Binə qəsəbə stadionunda hazırlıq keçib.

Zədəli futbolçulardan Miço Kuzmanoviç və Bəxtiyar Həsənalızadə fərdi məşqlə kifayətlənib.

Kollektivlə çalışan Ramon Maçadodan fərqli olaraq, Mustafa Əhmədzadənin müalicəsi davam edir.

“Araz-Naxçıvan” Misli Premyer Liqasının 28-ci turunda “Neftçi”nin qonağı olacaq. Martın 29-da keçiriləcək qarşılaşma 16:45-də start götürəcək.

Digər Xəbərlər
Xəbər Lenti