Prezident - Bu qədər pul xərcləmişəm, tələb edirəm ki…

20 Mart 14:00 Araz-Naxçıvan 2 431
Prezident - Bu qədər pul xərcləmişəm, tələb edirəm ki…

Naxçıvan Futbol Federasiyasının (NFF) prezidenti Zaur Axundov növbəti dəfə «Araz-Naxçıvan»ın məşqçi və futbolçu heyəti ilə görüşüb.

NFF-nın birinci şəxsi Premyer Liqanın üçüncü dövrəsinin yekunları barədə danışaraq, qeydə alınan nəticələrin onu qətiyyən qane etmədiyini açıqlayıb.

Tanınmış futbol adamı yeni ildən sonra 9 tura 7 xal toplamış komandanın geridə qalan dönəmi kifayət qədər zəif keçirdiyini, bəzən onları tanıya bilmədiyini söyləyib.

Axundov deyib ki, «Araz»ın əvvəlki oyunundan, mübarizə əzmindən əsər-əlamət qalmayıb, hətta qol vurmaq da böyük problemə çevrilib.

Turnir cədvəlində üçüncü pilləyə endiklərini diqqətə çatdıran başqan klubun transfer əməliyyatlarına iri məbləğdə vəsait xərclədiklərini də xatırladıb.

Qeyd edib ki, qarşıya qoyulan məqsəd mütləq surətdə yerinə yetirilməlidir. O, avrokuboklara vəsiqə qazanılması ilə yola çıxdıqlarını bir daha Elmar Baxşıyev və futbolçuların yadına salıb.

Zaur bəy çempionatın qarşıdakı iki turunda qələbə qazanmaq tələbini səsləndirib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti