“Biz bunu bacarmadıq” dedi, gözünü “Neftçi”yə dikdi

01:50 Araz-Naxçıvan 103
“Biz bunu bacarmadıq” dedi, gözünü “Neftçi”yə dikdi

“Çoxlu qol şansları yaxalasaq da, bunlardan yalnız birini qola çevirə bildik”.

Sportinfo.az xəbər verir ki, bunu “Araz-Naxçıvan”ın yarımmüdafiəçisi Bernardo Dias deyib.

Premyer Liqanın 27-ci turunda “Şamaxı” ilə 1:1 hesablı heç-heçə edən Muxtar Respublika təmsilçisinin yeganə qolunu vuran braziliyalı legioner ikinci hissədə komandalarının oyunun tempini itirdiyini qeyd edib:

“Oyunun əvvəlində hücumda daha aktiv idik, rəqibin müdafiə xəttində boşluqlar tapırdıq. Təəssüf ki, üstünlüyümüzü daha çox qola çevirə bilmədik.

Əgər fürsətləri daha yaxşı dəyərləndirsəydik, qələbə bizim olardı. İlk hissədə yaxşı işlər görsək də, ikinci hissədə istədiyimiz oyunu göstərə bilmədik.

Müdafiədə bir az geri çəkildik və rəqibin oyun qurmasına imkan verdik. Bu, bizim üçün çətinlik yaratdı və nəticədə hesab bərabərləşdi.

Daha çox topa sahib olmalı və oyunun axarını dəyişməliydik, amma bunu bacarmadıq”.

O, qarşıdakı fasilədən maksimum istifadə edəcəklərini bildirib:

“Fikrimcə, indiki oyun sistemimiz çox yaxşıdır. Amma üzərində işləməli olduğumuz məqamlar var və bunun üçün fasilə yaxşı fürsət olacaq.

Komanda olaraq bəzi detallar üzərində daha çox çalışmalı və səhvlərimizi düzəltməliyik. Çalışacağıq ki, oyunumuzu daha da inkişaf etdirək və “Neftçi” ilə oyunda 3 xalı qazanaq.

Bu oyun bizim üçün vacibdir və ən yaxşı nəticəni əldə etməyə çalışacağıq”.

Digər Xəbərlər
Xəbər Lenti
18 Mart 08:50 Bakıda seans keçəcək
18 Mart 05:00 Növbəti etirafı etdi