Onun məşqçi kimi çatışmayan cəhətini efirdən hər kəsə dedilər - VİDEO

16:00 Araz-Naxçıvan 402
Onun məşqçi kimi çatışmayan cəhətini efirdən hər kəsə dedilər - VİDEO

«Araz-Naxçıvan»ın baş məşqçisi Elmar Baxşıyev sərt tənqid olunub.

ATV kanalında yayımlanan «Futbolumuz» verlişində Muxtar Respublika təmsilçisinin Premyer Liqadakı çıxışı geniş müzakirə edilib.

Aparıcı Ceyhun Rzayev və ekspert Emin Abbasov sözügedən mütəxəssisin çalışdırdığı komandanın enişə keçdiyini bildirib.

Onların sözlərinə görə, «ağ-qırmızılar» üçüncü dövrədə çox pis nəticələrlə yadda qalıb və bu, «Araz»ın turnir cədvəlində geriləməsini şərtləndirib.

Belə ki, naxçıvanlılar qış fasiləsinə ikinci pillədə yollansa da, yeni ildən sonra bir çox oyunlarda xal itirib və «Zirə»ni özündən irəli buraxıb.

Həmçinin qeyd olunub ki, Baxşıyev dövrələrarası fasilədə düzgün transfer siyasəti yürütməyib, hücum xəttini gücləndirməyib.

Əyyub Allaşın «Şerif»dən dəvət edilməsini misal çəkən C.Rzayev deyib ki, yarımmüdafiə xəttində kifayət qədər futbolçu var, baş məşqçi Ramon Maçado ilə rəqabət apara biləcək forvard almaq barədə fikirləşsəydi, «Araz» uğursuzluq zolağına yuvarlanmazdı.

SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Digər Xəbərlər
Xəbər Lenti
11:20 Bala-bala...