
"Araz Naxçıvan" son 11 görüşdə cəmi 1 qələbə qazanıb.
Hardadı mövsümün birinci yarısı rəqiblərini bir-bir sıradan çıxaran komanda?
Enişdə olduğu ortadadır. Amma səbəblər də yox deyil.
Deyir, bəla gələndə batmanla gəlir.
Elmar Baxşıyevin başına gələnlər də buna bənzərdi.
Qış fasiləsindən sonra təkcə nəticələr pis olsa dərd yarıdır.
Bu komandanın oyunlarında ciddi hakim xətaları gözdən qaçmır.
Ramon Maçado kimi önəmli fiqur zədə səbəbindən həftələrdi komandadan uzaq düşüb.
Komandanın bombardiri Felipe Santos qırmızı vərəqə səbəbindən iki oyunu kənardan izləməli olacaq.
Müdafiə xəttinin inamlı çıxış etməsində böyük pay sahibi olan Bəxtiyar Həsənalızadə 2025-ci il daxil olandan başı zədəsinə qarışıb. Onu əvəzləməli olan İssaof Paro kobud xətaları ilə yadda qalır.
Zədədən əziyyət çəkənlər sırasında Qara Qarayevin qoşulduğunu demək olar.
Bütün bunların kollektivə psixoloji zərbə vurmaması mümkünsüz deyil.
Amma futbol ictimaiyyətini detallar o qədər də maraqlandırmır. Heç klub rəhbərliyini də. Sonda hər kəs tabloya baxacaq.
Baxşıyev təcrübəli mütəxəssisdir. Belə bərkə-boşa az düşməyib.
Qarşıdan finala bərabər 9 oyun gəlir.
O, bu yükün altından çıxmağa məhkumdur. Baş sındırmaq, yollar axtarmaqla.
Əks halda yaydan bu günə qədər çəkilən böyük əmək boşa sərf edilmiş sayılacaq.
XANOĞLAN İMANOV