“Qarabağ”ı udsalar, hamısı PULLANACAQ - Elə bu gecə!

8 Mart 14:40 Araz-Naxçıvan 2 574
“Qarabağ”ı udsalar, hamısı PULLANACAQ - Elə bu gecə!

Bu gün Premyer Liqada 26-cı tura start veriləcək.

Hesabat həftəsinin ilk oyun günündə 1 qarşılaşma keçiriləcək.

«Araz-Naxçıvan» Mərdəkanda çempionatın lideri «Qarabağ»ı qəbul edəcək.

Muxtar Respublika təmsilçisi son illərin dəyişməz çempionunu məğlubiyyətə uğradarsa, böyük miqdarda mükafat qazanacaq.

Naxçıvan Futbol Federasiyasının prezidenti Zaur Axundov komanda üzvlərinə müvafiq vəd verib. «Ağ-qırmızılar» meydandan 3 xalla ayrılarsa, 80 min manat onların masasının üzərində olacaq.

Elmar Baxşıyevin çalıdırdığı kollektiv liqanın son 7 turunda 5 xal toplayıb. Bu qeyri-sabitlik onları üçüncü sıraya endirib.

İkinci pilləni «Zirə»yə təhvil verən «Araz» indi onlardan 2 xal geri qalır.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti