
“Araz-Naxçıvan”ın qapıçısı Kristian Avram Moldova millisinə dəvət alıb.
Sportinfo.az xəbər verir ki, bu barədə Naxçıvan klubunun mətbuat xidməti məlumat yayıb.
Moldova yığması DÇ-2026-nın seçmə mərhələsində martın 22-də Kişinyovdakı "Zimbru" stadionunda Norveç ilə qarşılaşacaq.