Iki futbolçu "Araz-Naxçıvan"a qayıtdı - FOTOREPORTAJ

27 Fevral 08:50 Araz-Naxçıvan 596
Iki futbolçu "Araz-Naxçıvan"a qayıtdı - FOTOREPORTAJ

Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab oyununda "Zirə" ilə qarşılaşacaq "Araz-Naxçıvan" hazırlığını davam etdirir.

Sportinfo.az xəbər verir ki, məşqdən əvvəl keçirilən iclas zamanı Xocalı faciəsinin qurbanlarının əziz xatirəsi yad edilib, faciə ilə bağlı futbolçulara məlumat verilib.

Zədəli futbolçulardan Bəxtiyar Həsənalızadənin ardınca Ömər Buludov da komanda ilə birgə məşqlərdə iştirak edir.

Bu komandalar arasında keçirilən ilk oyunda "Araz-Naxçıvan" 1:0 hesabı ilə qələbə qazanıb. Cavab oyunu fevralın 28-də Zirə İdman Kompleksinin stadionunda keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti