
“Əlbəttə, hər bir futbolçu daha çox şans qazanmaq istəyir. Mən də bunun üçün əlimdən gələni edirəm”.
Bu sözləri Sportinfo.az-a açıqlmasında “Araz-Naxçıvan”ın yarımmüdafiəçisi Berbardo Dias deyib.
"Benni" ləqəbli braziliyalı cari mövsümdə Premyer Liqada 24 oyunun hamısında şans qazanmaqla 4 qola imzasını yazdırıb.
Lakin heç də bütün matçlarda əsas heyətdə yer almayıb. Baş məşqçi Elmar Baxşıyev “10 nömrə”yə 12 görüşdə ilk “11-lik”də güvənib.
Portuqaliyalı futbolçu baş məşqçinin qərarına hörmət etdiyini deməklə yanaşı, start heyətində yer almaq istəyini gizlətməyib:
“Gizlətmirəm, bəzən adımı “11-lik”də görməyəndə üzülürəm. Ancaq bu, məndən asılı olan iş deyil.
Çünki qərarı verən, heyəti müəyyənləşdirən baş məşqçidir.
Peşəkaram, məşqlərdə lazım olanları edir, şans qazandığım oyunlarda qol vururam, komandama xidmət edirəm. Belə olduğu halda əsas heyətdə yer almıramsa, səbəbini baş məşqçi daha yaxşı deyə bilər”.
Çempionatda 24 qarşılaşmada 4 qol vuran 28 yaşlı futbolçu Azərbaycan kubokunda meydana çıxdığı 3 oyunda 3 qol və 1 assistlə yadda qalıb.
HƏBİB