
Premyer Liqada 24-cü tur davam edir.
Sportinfo.az xəbər verir ki, bu gün daha iki matç keçiriləcək.
Əvvəlcə “Araz-Naxçıvan” öz meydanında “Səbail”i qəbul edib. Matç qolsuz heç-heçə ilə başa çatıb.
Beləliklə, Naxçıvan təmsilçisi 45 xalla turnir cədvəlində ikinci, paytaxt klubu 18 xalla sonuncu - onuncu pillədə qərarlaşıb.
“Araz-Naxçıvan” - “Səbail" 0:0
Mərdəkan. “Liv Bona Dea Arena”, 70 tamaşaçı
Baş hakim: Fərid Hacıyev
Baş hakimin köməkçiləri: Müslüm Əliyev, Rəhman İmami
Dördüncü hakim: Elvin Bayramov
VAR: Nicat İsmayıllı
AVAR: Cəmil Quliyev
Hakim-inspektor: Rəhim Həsənov
AFFA nümayəndəsi: Asif Əliyev
Sarı vərəqələr: Urfan Abbasov, 18 (qeyri-idman hərəkəti); Nuno Rodriqes, 27 (qeyri-idman hərəkəti); Vanderson Melo, 34 (qeyri-idman hərəkəti); Kristian Avram, 63 (qeyri-idman hərəkəti) // Emin Rüstəmov, 4 (qeyri-idman hərəkəti) Rəsmi şəxsə göstərilən sarı vərəqə: Elmar Baxşıyev, 90+2 (hakimin qərarına etiraz)
Artırılan vaxt: I hissədə 1 dəq; II hissədə 4 dəq.
“Araz-Naxçıvan”: 12. Kristian Avram 5. Qara Qarayev (8. Karlos Jatoba, 81) 34. Urfan Abbasov 2. Slavik Alxasov 6. Vadim Abdullayev (k) (24. Mustafa Əhmədzadə, 61) 29. Vanderson Melo 17. İssuf Paro 23. Nuno Rodriqes (21. Sezar Meza Kolli, 61) 97. Felipe Santos 10. Bernardo Dias 9. Əyyub Allaş (7. Ülvi İsgəndərov, 75)
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli 99. Raul Əhmədzadə 22. Elçin Mustafayev 20. Turan Vəlizadə 11. Bayraməli Qurbanov 71. Sənan Ağalarov 57. Elcan Məmmədov
Baş məşqçi: Elmar Baxşıyev
“Səbail”: 1. Hüseynəli Quliyev 96. İlkin Muradov 74. Yusif Nəbiyev (k) 77. Fərid Nəbiyev (97. Oruc Məmmədov, 86) 20. Mert Çelik (18. Süleyman Əhmədov, 68) 11. Rüfət Abdullazadə (10. David Qomis, 77) 16. Emin Rüstəmov 3. Dmitro Litvin 7. Madi Queta 5. Gitay Sofir (83. Nihad Quliyev, 86) 14. Suleyman Alluş
Ehtiyat oyunçular: 12. Əlirza Müştəbazadə 25. Nicat Məmmədzadə 22. Mirabdulla Abbasov 19. Samir Abdullayev 88. Hacıəli Şirəliyev 99. İnnosent Nşuti
Baş məşqçi: Cavid Hüseynov