Sualı eşitdi, 2 səbəb göstərdi, bunu bizdən gizlətmədi

20 Fevral 16:40 Araz-Naxçıvan 328
Sualı eşitdi, 2 səbəb göstərdi, bunu bizdən gizlətmədi

“Bu cür üstünlüklə uduzmalı deyildik”.

“Araz-Naxçıvan”ın legioneri Bernardo Dias Sportinfo.az-a “Turan Tovuz”la oyunu şərh edib.

Premyer Liqanın ötıb turu çərçivəsində bölgədə baş tutan qarşılaşmanın ilk yarısı qolsuz bərabərliklə başa çatsa da, qonaqların ikinci hissənin azlıqda qalması yekun nəticədə özünü göstərdi.

Portuqaliyalı yarımmüdafiəçi 0:1 hesablı məğlubiyyətə iki səbəb göstərib:

“Oyuna çox yaxşı başlamışdıq. Xüsusən ilk yarıda əlverişli qol imkanlarımız var idi.

Şanslardan istifadə edə bilsəydik, sonluq başqa cür ola bilərdi. Bunu bacara bilmədik.

İkinci hissə başlayan kimi azlıqda qaldıq. 10 nəfərlə mübarizə aparmaq çətin olsa da, sona qədər əlimizdən gələni etdik.

Oyun planında rəqibdən geri qalmadıq. Lakin adi vəziyyətdə qapımızda qol gördük”.

Benninin “səncə, oyunun ədalətli nəticəsi necə olmalıydı” sualına cavabı maraqlı alınıb:

“Məntiqlə, üstün oynayan tərəf qalib gəlməlidir. Üstün tərəf biz idik.

Lakin futbolda bəzən işlər tərsinə gedir. Üstün olduğun halda uduza, zəif oynadığın halda qələbə qazana bilərsən.

İlk hissədəki şanslardan yararlana bilsəydik, indi fərqli mövzu haqqında danışardıq”.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti