Komanda bu hücumçunun yolunu hələ 1 ay gözləyəcək - SON XƏBƏR

19 Fevral 11:40 Araz-Naxçıvan 983
Komanda bu hücumçunun yolunu hələ 1 ay gözləyəcək - SON XƏBƏR

"Araz-Naxçıvan"ın braziliyalı hücumçusu Ramon Maçado bu gün xəstəxanaya aparılacaq.

Bu barədə Sportinfo.az-a klubun icraçı direktoru Eldəniz Yusifov məlumat verib. onun bildirdiyinə görə,

"Zirə"yə qarşı keçirilən Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk oyununda xəsarət alan forvard MRT olunacaq.

Fevralın 7-dəki matçda topuğu şişən və əvəzlənən "sambaçı" nisbətən özünə gəlsə də, güclə yeriyir. Şiş bir qədər çəkilib, lakin oyunçu ayağını yerə basmağa çətinlik çəkir.

Təcrübəli klub funksionerinin bildirdiyinə görə, cənubi amerikalı legionerin bundan sonra təqribən 1 ay yaşıl sahələrdən kənarda qalması gözlənilir.

Dörd həftə öncə sıradan çıxmış Bəxtiyar Həsənəlizadə isə artıq fərdi məşqələrə start verib. Millinin müdafiəçi 5-6 günə kollektiv çalışmalara qoşulub.

10 gün bundan qabaq xəsarət almış Ömər Buludov da hazırda müalicəsini davam etdirir. «Neftçi»nin yetirməsi olan arxa xətt oyunçusu bir müddət sonra yüngül məşqələrə başlayacaq.

Miço Kuzmanov isə bunun üçün hələ 10-15 gün səbr eləməlidir. «Turan Tovuz»la səfər matçıdan öncə məşqdə ayağından xəsarət almış bosniya və herseqovinalı vinger indi həkimlərin gündəlik nəzarəti altındadır.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
20 Fevral 11:00 “Biz buna məcbur idik”