Komandasını xilas eləmək istəyən belə gecmi tərpənər?

18 Fevral 11:40 Araz-Naxçıvan 1 290
Komandasını xilas eləmək istəyən belə gecmi tərpənər?

Belə baxıram ki, «Araz-Naxçıvan»da tarix təkrarlanır.

Azər Bağırov da bu komanda ilə ötən mövsümə yaxşı başlamışdı.

Qış fasiləsinə liderlər qrupunda çıxmışdılar. Nə oldusa, ilin yenilənməsindən sonra oldu, «

Araz» gözlənilmədən sürətli enişə keçdi, çox aşağılara yuvarlandı.

Elmar Baxşıyev də həmkarının taleyini yaşamasın. Çox pis olar - həm özü, həm də klub adına.

Rəqəmlərlə oynamaq istəmirəm, amma rəqəmlərin Baxşyevin əsəbləriylə oynadığını, həssaslaşdırdığını deməliyəm.

Mən bunu söyləməyi özümə borc sayıram. Ona görə ki, «Araz» mövsümün tapıntısıdır, çempionata al-əlvan rəng qatan bir nömrəli komandasıdır.

Elmar Baxşıyev axır vaxt hislərinin əsirinə çevrilib. Hər şey baş məşqçiyə toxunur.

Dörd bir tərəfə şübhə ilə boylanır artıq. Gah hakimlərə sərt reaksiya verir, gah mediaya atmaca atır.

Di gəl, futbolçularına güldən ağır söz demir. Halbuki nə sərt iradları varsa, birinci onlara bildirməlidir.

«Araz Naxçıvan»ın heyəti genişdir. Baş məşqçinin sərəncamına 24-25 nəfər verilib. Bu komanda gərək fərdlərdən asılı olmasın.

Ramon Maçado və Bəxtiyar Həsənəlizadə yoxdursa, digərləri var.

Baxşıyev oyunçu sayında, hesab fərqində yenik düşdüyü Tovuz səfərində Ülvi İsgəndərlini yalnız 90-cı dəqiqədə oyuna daxil edir - axı niyə?

Matçı xilas eləmək istəyən belə gecmi tərpənər?

KAMİL

Digər Xəbərlər
Xəbər Lenti
20 Fevral 18:10 Çək və bizə göndər!
20 Fevral 11:20 Sən seçim et, yerini tap!
20 Fevral 11:00 “Biz buna məcbur idik”