![Azərbaycan stadionunda “Sənin üçün canımdan da keçərəm” görüntüsü - VİDEO](https://www.sportinfo.az/media/2025/02/12/10833986045770427206.jpg)
Bazar ertəsi “Araz-Naxçıvan”la “Kəpəz” arasında baş tutan oyun günü necə deyərlər, iti bağlasaydın, çöldə dayanmazdı.
Bakı üçün o dərəcədə alışmadığımız soyuq idi yəni.
Buna baxmayaraq, Xəzər dənizinin sahilində - “Liv Bona Dea Arena”da elitada qalmaq uğrunda mübarizə aparan “Kəpəz”i dəstəkləyənlərə rast gəlmək olardı.
“Xəmsə” ilə “Kəpəz Ultras”ın üzvləri 350 kilometr məsafəni qət edib Gəncədən Bakıya gəlmişdilərsə, paytaxtda yaşayan və işləyən gəncləlilər fərqli sektorlarda yer almışdı.
Sevimli komandaları üçün canlarından keçməyə hazır olan fanatları əsl futbol fədailəri adlandıra bilərik.
Həftəiçi, soyuq hava, yüksək iddiaları olmayan komandanın oyunu və tribunalarda “Kəpəz” üçün yaradılan atmosfer sözün həqiqi mənasında möhtəşəm idi.
90 dəqiqə susmaq bilmədilər, oyun başa çatandan sonra 1 xala sevin(dir)ən məşqçi və futbolçuları tribunanın önünə səsləyib, ayaqüstə alqışladılar.
HƏBİB / SPORTİNFO.AZ
O xoş mənzərənin görüntülərini təqdim edirik.