![İki həftə yaşıl meydanlardan kənarda qalacaq](https://www.sportinfo.az/media/2025/02/10/0caed4f5-4d81-3c39-ac2b-de41a04e692f_850.jpg)
"Araz-Naxçıvan"ın braziliyalı forvardı Ramon Maçado ən azı iki həftə yaşıl meydanlardan kənarda qalacaq.
Sportinfo.az xəbər verir ki,bu barədə Naxçıvan təmsilçisinin mətbuat xidmətindən məlumat verilib.
"Zirə"yə qarşı keçirilən Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk oyununda xəsarət alan hücumçunun topuğu şişib.
Klubun həkimi forvardın 12-15 gün komandaya kömək edə bilməyəcəyini söyləyib.
"Araz-Naxçıvan" sözgedən görüşdə 1:0 hesablı qələbə qazanıb.