Bakıya qayıtdı, klubdan xahiş etdi, istəyini yerinə yetirdilər

10 Fevral 14:40 Araz-Naxçıvan 992
Bakıya qayıtdı, klubdan xahiş etdi, istəyini yerinə yetirdilər

“Araz-Naxçıvan”la müqavilə bağlayan Əyyub Allaş artıq yeni komandasında məşqlərə başlayıb.

Baş məşqçi Elmar Baxşıyevin istəyi ilə komandaya cəlb olunan mərakeşli yarımmüdafiəçi Bakıya çatan kimi klub rəsmilərindən ilk xahişini edib.

O, Naxçıvan klubunda “Qəbələ”də olduğu kimi, kürəyində “9”u daşımaq istədiyini bildirib.

Həmin nömrə sahibsiz olduğundan, Əyyubun xahişi dərhal yerinə yetirilib.

Cari mövsümün ilk yarısında “Şerif”in uğurları üçün tər tökmüş 27 yaşlı futbolçu ilə 6 ay + 1 il şərti ilə müqavilə bağlanıb.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
10 Fevral 20:20 Razılaşdılar - VİDEO