Azərbaycan kubokunun 1/4 final mərhələsinin “Zirə” ilə ilk oyununda (1:0) zədələnən “Araz-Naxçıvan”ın hücumçusu Ramon Maçadonun durumuna aydınlıq gəlib.
Sportinfo.az xəbər verir ki, braziliyalı Premyer Liqanın qarşıdakı turlarını buraxacaq.
33 yaşlı forvardın ölkə çempionatının 22, 23 və 24-cü turlarında komandaya kömək edəcəyi gözlənilmir.
Maçado bu mövsüm "Araz-Naxçıvan"ın heyətində 20 matçda 4 qol vurub, 5 asist edib.