COP29

“Başqa klublardan təklif var idi, “Araz-Naxçıvan”ı ona görə seçdim”

8 Fevral 23:20 Araz-Naxçıvan 231
“Başqa klublardan təklif var idi, “Araz-Naxçıvan”ı ona görə seçdim”

Xəbər verdiyimiz kimi, “Araz-Naxçıvan” qış transfer pəncərəsindən istifadə edərək Əyyub Allaşla anlaşıb.

Sportinfo.az xəbər verir ki, Mərakeş əsilli belçikalı futbolçu artıq məşqlərdə iştirak edir.

O, keçidi ilə bağlı klubun mətbuat xidmətinə açıqlama verib:

“Elmar müəllimi “Qəbələ”dən tanıyıram. Necə məşqçi olduğunu yaxşı bilirəm.

Komandamı dəyişmək, özümü yeni klubda sınamaq istəyirdim. Baş məşqçi yazdı ki, razılıq olsa, yenidən məni komandasında görmək istəyir.

Təklif gözlədiyim üçün menecerimlə bunu müzakirə etdik və yenidən Azərbaycana döndüyüm üçün xoşbəxtəm.

Azərbaycan çempionatını izləyirdim. Təklif gəldikdən sonra “Araz-Naxçıvan”ı bir qədər də incələdim.

Komandanın turnir cədvəlindəki mövqeyi iddiasından xəbər verir. Yüksək yerlər uğrunda oynayan komandanın üzvü olmaq xoşdur.

“Araz-Naxçıvan”ın uğur qazanmasına kömək etmək üçün buradayam. Mənim də hədəflərim hər zaman yuxarı yerlər uğrunda mübarizə aparmaqdır.

Təbii ki, futbol proqnozları sevmir. Ona görə də indidən yayda vəziyyətin necə olacağını demək mümkün deyil.

Ancaq çalışacağıq ki, yekun uğurlu alınsın. Başqa klublardan da təklif var idi.

“Araz-Naxçıvan”ı baş məşqçini tanıdığım üçün seçdim. Futbolçu üçün baş məşqçi amili çox vacibdir.

Onun iş prinsiplərinə, tələblərinə bələdsənsə, deməli, getməyə dəyər. “Kəpəz”ə qarşı baş məşqçi şans verərsə, özümü oynamağa hazır sayıram.

Formadayam. Düzdür, uyğunlaşmaq üçün qısa da olsa vaxt lazımdır.

Ancaq əksər futbolçuları və baş məşqçini yaxından tanıdığıma və əvvəllər onlarla birgə oynadığıma görə, bu mərhələni tez keçirə bilərəm”.

Digər Xəbərlər
Xəbər Lenti
8 Fevral 18:10 Çək və bizə göndər!