COP29

Sürpriz komandada ciddi NARAHATLIQ yarandı - Azı iki…

7 Fevral 21:20 Araz-Naxçıvan 335
Sürpriz komandada ciddi NARAHATLIQ yarandı - Azı iki…

“Araz-Naxçıvan”ın braziliyalıları nəzərə gəlib.

“Sumqayıt”la oyunun ilk yarısında zədələnərək yerini Miço Kuzmanoviçə verən Felipe Santos “Zirə” ilə vacib kubok qarşılaşmasını kənardan izlədi.

Çempionatın iki ən yaxşı bombardirindən biri olan “97 nömrə” fərdi məşqlərə start verib.

Zədəsinin ciddi olmadığı aşkarlanan Felipe “Kəpəz”lə qarşıdakı görüşdə meydana çıxa bilər. Təbii ki, baş məşqçi Elmar Baxşıyev buna ehtiyac duysa.

“Zirə” ilə qarşılaşmanın əvvəlində zədələnərək meydanı xərəkdə tərk edən Ramon Maçado bu gün MRT müayinəsindən keçib.

Məlum olub ki, 33 yaşlı hücumçunun sol ayaq topuğunda hansısa qırıq-sınıq yoxdur. Topuqda şiş yaranıb və maye hələ çəkilməyib.

Həkimlərin rəyinə görə, Maçado qarşıdakı azı 2 oyunda komandasına kömək edə bilməyəcək.

Mövsümün sürpriz komandası fevralın 10-da “Kəpəz”lə ev, ayın 16-da “Turan Tovuz”la matçlarda meydana çıxmayacaq. Fevralın 22-də “Səbail”lə duelə nə dərəcədə hazır olacağını müalicənin gedişatı göstərəcək.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
7 Fevral 18:10 Çək və bizə göndər!