![Braziliyalı legioner biabırçı mənzərəyə səssiz qalmadı: "Biz Bakı klubu deyilik"](https://www.sportinfo.az/media/2024/07/13/ramonmacadosabah1712376580.jpg)
"Araz Naxçıvan" Premyer Liqanın 21-ci turunu xal itkisi ilə arxada qoydu.
"Sumqayıt"ın qonağı olan Muxtar respublika təmsilçisi meydandan qolsuz bərabərliklə ayrılmalı oldu.
Vacib iki xal itiririldiyi görüşdə "Araz"ın dəstəksiz qalması diqqətdən qaçmadı.
Uğurlu mövsüm keçirən və hədəfləri böyük olan komandaya sahib çıxacaq 5-10 sayda belə fanatın olmaması ağrılı mənzərədir.
Amma komandanın braziliyalı forvardı Ramon Maçado Sportinfo.az-a açıqlamasında bu məqamın onlara problem yaratmadığını bildirib:
"Bəli, komandanız ikinci pillədədir, hədəflər böyükdür, amma tribunada azarkeşimiz yox idi.
Lakin mən bunu çox da problem saymıram. Çünki mən daha çox fanatları olan, dolu tribunalar qarşısında oynamışam. Hə, bu yaxşıdır.
Amma biz "Araz-Naxçıvan"ın tarixini bilirik. Bilirəm ki, komandamız Bakının təmsilçisi deyil, təmsil etdiyimiz şəhər Naxçıvandır. Real vəziyyəti başa düşürək komandanın uğurları üçün çalışırıq".
XANOĞLAN