COP29

Əvvəl tələsmək istəmədilər, sonra qazanmağa gecikdilər

15:00 Araz-Naxçıvan 205
Əvvəl tələsmək istəmədilər, sonra qazanmağa gecikdilər

Avrokuboklara vəsiqə iddiasında olan «Araz-Naxçıvan» Sumqayıtda iki fərqli hissə keçirdi.

Onlar fasiləyədək onlar deyildi: dinamika göstərmədilər.

Ənənəvi «Araz» ikinci yarıda geri döndü. «Sumqayıt»ı meydanın hər yerində küncə tərəfə itələdilər. Cavid Cəlilov qonaqlara simpatiya bəsləmədi.

Referi balans tərəzisinin bir gözünü əyməsəydi, «Araz»ın penaltisini də verərdi. Elmar Baxşıyevin bununla bağlı mətbuat konfransında söylədiklərinə haqq qazandırıram.

«Araz»ın öz yolu, öz oyun tərzi var. Elmar Baxşıyev bundan heç vaxt imtina etmir.

«Nəyə görə» sualı sizi maraqlandırırsa, qoy, cavab verim: onun komandasına etibarı tamdır.

«Araz»ın son 20 dəqiqədə ikinci nəfəsi açıldı. İssuf Paro qonaqların qəhrəmanı ola bilərdi.

İlk hissədə penaltiyə səbəbkar olmuş burkina-fasolu müdafiəçi final fitinə yaxın 2-3 metr məsafədən boş qapını dəqiq nişan almadı, topu güclü zərbəylə tirin üstündən vurdu.

İşdir, «Araz» bu dəqiqələrdəki təzyiqini daha əvvəldən, oyunun başından etsəydi, yekun nəticə fərqli olacaqdı. Tələsmək istəmədilər, 3 xalı qazanmağa gecikdilər.

MUSA

Digər Xəbərlər
Xəbər Lenti