COP29

Braziliyalı forvard onu hiddətləndirən hadisədən danışdı: "Buna ehtiyac yox idi"

2 Fevral 23:20 Araz-Naxçıvan 155
Braziliyalı forvard onu hiddətləndirən hadisədən danışdı: "Buna ehtiyac yox idi"

"Araz-Naxçıvan"ın forvardı Ramon Maçado Premyer Liqanın 21-ci turunun "Sumqayıt"la qolsuz bərabərliklə bitən matçından sonra Sportinfo.az-a müsahibə verib.

Braziliyalı legioner ilk olaraq qarşılaşma barədə danışıb.

- Biz bu oyuna qələbə üçün çıxmışdıq. Amma bunun asan olmayacağını yaxşı başa düşürdük. Hər halda, bir xal görə də şadıq. Çünki bir penalti də oldu.Qələbə üçün mübarizə apardıq. Daha yaxşı oynadığımızı düşünürəm.

- Yaxşı oynadığınız halda qələbəyə nə mane oldu?

- Oyun çətin gedirdi. "Sumqayıt" hər top uğrunda mübarizə aparırdı. Oyundan əvvəl də belə olacağını yaxşı başa düşürdük. Biz də qalib gəlmək istədik. Amma olmadı. Hər halda, çempiont bu gün dayanmır. Bizim üçün bir xal da bugünkü yerdə yetərlidir.

- Matçın gedişində Səbuhi Abdullazadə ilə aranızda konflikt yaşandı. Orada nə baş vermişdi?

- Mənə görə Səbuhi çox təhlükəli oynadı. Çünki mənim ayağım o epizodda yerdə qalsaydı, ayağım sınacaqdı. Halbuki orada bu cür təhlükəli oynamağa heç ehtiyac yox idi. Özü də, qapıdan bizim aramızda 50 metr məsafə var idi.

- Oyundan sonra üz-üzə gəlib, söhbətləşdiz?

- Xeyr.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti