COP29

"İdman mediası bizi "qara zolağ"a salmağa çalışırdı"

26 Yanvar 18:25 Araz-Naxçıvan 374
"İdman mediası bizi "qara zolağ"a salmağa çalışırdı"

"Araz-Naxçıvan" Premyer Liqanın 20-ci turunda öz meydanında "Neftçi"ni 2:1 hesabı ilə məğlub edib.

Sportinfo.az xəbər verir ki, Muxtar Respublika təmsilçisinin baş məşqçisi Elmar Baxşıyev oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Oyunun ağır və dramatik keçəcəyini təxmin edirdik. Qış fasiləsindən sonra "Neftçi"nin göstərdiyi oyun bizə müəyyən siqnallar verirdi ki, ağır oyun olacaq. Ümumi götürəndə, komandamın çıxışından razı qaldım. Yaxşı, əzmkar, istədiyim futbolu mənə qaytarmağı çalışırdılar. Qələbə qazandıq. Komandamı təbrik edirəm, qarşıdakı oyunlara hazırlaşacağıq.

- Birinci hissədə nə etdiz ki, rəqib 4 əvəzetmə birdən etdi?

- Daha çox özümüzə köklənirik. Rəqibin məşqçisi nə edəcəksə, bizə də sirr qalır. Bizi daha çox düşündürən öz oyunumuz, oyun-dəst xəttimizdir.

- Həmin əvəzetmələrdən sonra fərq hiss etmədiz?

- Hesabda öndə olanda rəqib üstünə gəlir. Bu da normaldır.

- Üç məğlubiyyət komandaya psixoloji təzyiq göstərirdi?

- İdman mediası bizi "qara zolağ"a salmağa çalışırdı. Bu zolaq yoxdur. Nə mən, nə də komanda təzyiq altında deyil. Futbolda udmaq necə əhəmiyyətlidirsə, məğlubiyyəti də gözləməlisən. Komanda olaraq uğurlu nəticəyə köklənirdik.

Digər Xəbərlər
Xəbər Lenti
26 Yanvar 22:55 Saymazyanalığın axırı
26 Yanvar 08:10 Xəzərdə zəlzələ oldu