Naxçıvan Futbol Federasiyasının (NFF) prezidenti Zaur Axundov «Araz-Naxçıvan»ın məşqçi və futbolçu heyəti ilə görüşüb.
Premyer Liqanın 19-cu turunda «Zirə»yə 0:1 hesabıyla uduzan komandayla iclas keçirən NFF-nin rəhbəri narahatlığını ifadə edib.
O, çempionatın son 3 turunda qeydə alınan məğlubiyyətlərin çox pis hal olduğunu söyləyib.
«Ağ-qırmızılar»ın qarşısına avrokuboklara vəsmqə qazanmaq tapşırığı qoyulduğunu xatırladan Axundov bildirib ki, kollektivə hər cür şərait yaradılıb, bütün maliyyə öhdəlikləri rəhbərlik tərəfindən yerinə yetirilir.
Prezident «Araz»ın oyunçularından «Neftçi» ilə qarşıdakı Premyer Liqa matçında 3 xal tələb eləyib. Birmənalı şəkildə bildirib ki, uğurlu nəticə qeydə alınmasa, komanda üzvləri böyük miqdarda cərimə olunacaq.
SPORTİNFO.AZ