COP29

Gündəm yaradacaq AÇIQLAMA: “Bizim futbolda avtoritetimiz yoxdur”

21 Yanvar 23:40 Araz-Naxçıvan 368
Gündəm yaradacaq AÇIQLAMA: “Bizim futbolda avtoritetimiz yoxdur”

“Legioner limitinin ləğv edilməsi gündəmin əsas mövzusudur.

Mənim buna mövqeyim çox pisdir”.

Bu sözləri Sportinfo.az-a açıqlamsında “Araz-Naxçıvan”ın yarımmüdafiəçisi Vadim Abdullayev deyib.

Uzun fasilədən sonar 2024-cü ilin yayında karyerasını bərpa edən və həmin vaxtdan bəri Muxtar Respublika təmsilçisinin şərəfini qoruyan “Bakı”nın yetirməsi AFFA İcraiyyə Komitəsinin gözlənilən qərarına qarşı çıxıb.

O, Premyer Liqada legionerlərə qoyulan məhdudiyyətin növbəti mövsümdən etibarən tamamilə aradan qaldırılmasına etiraz edib:

“Bu qərar bütün azərbaycanlı futbolçulara qarşı böyük ədalətsizlik olar. Öndə gedən futbol ölkəsi olsaydıq, onda limiti ləğv etmək olardı.

Bizim futbolda avtoritetimiz yoxdur. Hər bir sahədə olduğu kimi, futbolda da bu ölkənin vətəndaşları işləməli, oynamalıdır.

Legionerlər kimi, biz də əlimizdən gələni edirik, komandaya fayda veririk. Ümid edirəm ki, belə qərar çıxarılmaz”.

Digər Xəbərlər
Xəbər Lenti