
«Araz Naxçıvan» rəhbərliyi ilə Felipe Santos arasında gedən danışıqlar başa çatıb.
Muxtar Respublikanın təmsilçisi braziliyalı vingeri gələn mövsümü də burada keçirməyə razı salıb.
Ötən ilin yayından «ağ-qırmızılar»ın şərəfini qoruyan cənubi amerikalı 2026-cı ilin iyununadək bu formanı əynindən çıxarmayacaq.
Premyer Liqanın geridə qalan 30 həftəsində 9 qol vuran və komandanın ən yaxşı qolçusu olan «sambaçı»nın gələn sezonda nə qədər qazanacağı da məlumdur.
Çempionatın oyunlarının 60 faizindən çoxunda iştirak edən legioner hər ay 15000 dollar əməkhaqqı alacaq.
«Araz-Naxçıvan» Santosun Azərbaycanda üçüncü klubudur. Adıçəkilən yarımmüdafiəçi əvvəllər «Keşlə» (indiki «Şamaxı») və «Qəbələ»nin uğurları üçün tər töküb.
SPORTİNFO.AZ